satellite   Azerspace-1: 11135 H 30000

Polşa müdafiə büdcəsini rekord səviyyəyə çatdıracaq

Polşa müdafiə büdcəsini rekord səviyyəyə çatdıracaq

Polşa 2025-ci ildə müdafiə büdcəsini rekord səviyyədə - təxminən 10 faiz artıracaq.

Naxçıvan televiziyası “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə cümə axşamı Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik TVN24 telekanalına müsahibəsində bildirib.

“Milli Müdafiə Nazirliyinin büdcəsi ölkə tarixində ən böyük büdcə olacaq, 2024-cü illə müqayisədə təxminən 10 faiz artacaq. Bu, təkcə nominal baxımdan yox, həm də ÜDM-yə münasibətdə rekord vəsaitli büdcə olacaq”, - deyə nazir müavini bildirib.

2024-cü ildə Polşanın hərbi xərcləri 159,9 milyard zlotı (40,6 milyard dollar) olmalı və ya ÜDM-in 4,2 faizini təşkil etməlidir. Büdcədən maliyyələşmə ilə yanaşı, bu xərclərə Silahlı Qüvvələrə Dəstək Fondundan da vəsait ayrılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM