satellite   Azerspace-1: 11135 H 30000

Nikola Teslanın yerdənkənar sivilizasiyalara dair məktubu 40 min dollara satışa çıxarılıb

Nikola Teslanın yerdənkənar sivilizasiyalara dair məktubu 40 min dollara satışa çıxarılıb

Naxçıvan televiziyası xəbər verir ki, serbiyalı fizika alimi Nikola Teslanın 40 min dollar dəyərindəki məktubu hərraca çıxarılıb. Hərrac iyulun 25-də “Heritage Auctions” evində keçiriləcək.

Məktub “Universal Pictures”in həmtəsisçisi Karl Lemmlə ünvanlanıb. Nikola məktubunda kainatda ağıllı və yerdənkənar həyatın olma ehtimalını irəli sürür və qeyd edir: “Mənim ixtiralarım sayəsində artıq minlərlə işıq ili məsafələrə xeyli miqdarda enerji ötürmək mümkündür”.

Hərrac evi eyni kolleksiyada məşhur yazıçıların, rəssamların və musiqiçilərin məktublarını, kitablarını və eskizlərini hərraca çıxarıb. Bunlara Albert Eynşteyn, Rinqo Starr və Oqüst Renuarın məktubları daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM