satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda cəzaçəkmə müəssisəsində bir qrup məhbus aclıq aksiyası keçirir

Ermənistanda cəzaçəkmə müəssisəsində bir qrup məhbus aclıq aksiyası keçirir

Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində bir qrup məhbus aclıq aksiyası keçirir.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlardan birinin vəziyyəti ağırdır.

Məlumata görə, cəzaçəkmə müəssisəsində 2 məhbus və 2 məhkum aclıq aksiyası keçirir.

Bildirilib ki, etiraza səbəb onlara qarşı qaldırılan cinayət təqibi ilə razılaşmamalarıdır.

Bundan əlavə, məhkumlardan biri onu özəl tibb mərkəzinə köçürməkdən imtina edildiyinə görə aclıq elan edib, digəri isə cəzaçəkmə rejiminin yumşaldılmasını tələb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM