satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan parlamentinin sədri: “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil

Ermənistan parlamentinin sədri: “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil

“Ermənistan-Dağlıq Qarabağ” parlamentlərarası komissiyası buraxılmalıdır, çünki ikinci tərəf artıq səlahiyyətə malik deyil.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan deputatların üç illik fasilədən sonra sözügedən komissiyanın çağırılması təklifinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, artıq “Dağlıq Qarabağın rəsmiləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini mövcud deyil. Spiker bir hüquqşünas kimi hesab edir ki, qeyd olunan formatın ləğvi məsələsi ciddi şəkildə müzakirə olunmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM