satellite   Azerspace-1: 11135 H 30000

Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb

Aİ Şurası Rusiyaya qarşı sanksiyaları uzadıb

Avropa İttifaqı (Aİ) Rusiyada 2 mindən çox fiziki şəxs və təşkilata qarşı fərdi sanksiyaları gələn ilin mart ayının 15-nə qədər uzadıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Bu gün Aİ Şurası Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini daha altı ay - 2025-ci il martın 15-dək uzadıb”, - sənəddə bildirilib.

Qeyd edək ki, sanksiyalar 2014-cü ildən qüvvədədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM