satellite   Azerspace-1: 11135 H 30000

Putin: Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir

Putin: Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir

Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

Putin deyib ki, Ukrayna Qərbin köməyi olmadan Rusiyanın dərinliklərinə zərbələr endirə bilməz.

"Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı artıq münaqişənin özünün mahiyyətini, təbiətini əhəmiyyətli dərəcədə dəyişir. Bu o deməkdir ki, NATO ölkələri, ABŞ, Avropa ölkələri Rusiya ilə müharibə aparır", - prezident qeyd edib.

"Əgər bu belədirsə, münaqişənin mahiyyətinin dəyişməsini nəzərə alaraq, biz bizə yaradılacaq təhdidlərdən irəli gələrək müvafiq qərarlar qəbul edəcəyik", - Putin vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM