Pakistanla sərhəddə hücum zamanı 3 iranlı sərhədçi həlak olub

Pakistanla sərhəddə hücum zamanı 3 iranlı sərhədçi həlak olub

Pakistanla sərhəddə yerləşən Mircave şəhəri yaxınlığında, Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində 3 iranlı sərhədçi həlak olub.

NUHÇIXAN IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Zahidan şəhərinin (əyalətin inzibati mərkəzi) prokuroru Mehdi Şəmsabadi bildirib.

“Bu gün axşam saatlarında Mircavedə yanacaqdoldurma məntəqəsində bir neçə naməlum silahlı şəxs yanacaq dolduran sərhədçilərin avtomobilinə atəş açıb”, – o deyib.

Şəmsabadinin sözlərinə görə, prokurorun terror aktı adlandırdığı hücumda iki əsgər və bir leytenant rütbəli zabit həlak olub. Bundan əlavə, yanacaqdoldurma məntəqəsində olan mülki şəxs də yaralanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM