satellite   Azerspace-1: 11135 H 30000

Zelenskinin ofisi: Ukrayna sülh planını başqa ölkələr vasitəsilə Rusiyaya verəcək

Zelenskinin ofisi: Ukrayna sülh planını başqa ölkələr vasitəsilə Rusiyaya verəcək

“Ukrayna münaqişənin sülh yolu ilə həlli planını Rusiya ilə müvafiq dialoq aparan ölkələr vasitəsilə Moskvaya verəcək”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva deyib.

O qeyd edib ki, hazırda bu plan hazırlanır. Onun sözlərinə görə, Moskva ultimatum dilində danışmağı dayandırarsa və belə planın elementlərini müzakirə etməyə hazır olarsa, Ukrayna tərəfi ikinci sammitdə Rusiya nümayəndələri ilə görüşməyə hazırdır.

Jovkva vurğulayıb ki, Kiyev digər ölkələr vasitəsilə sammitdə Rusiyanın nümayəndələrinə sülh planını çatdırmağa hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM