Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq

Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq

Danimarka bu ilin sonuna qədər Ukraynaya F-16 “Fighting Falcon” qırıcılarının daha bir partiyasını verəcək.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen məlumat verib.

"Bu ilin ikinci yarısında daha bir F-16 təhvil veriləcək", - o bildirib.

Müdafiə nazirinin sözlərinə görə, birinci təyyarə Ukraynaya avqustda təhvil verilib. Ümumilikdə Danimarka 19 qırıcı tədarük etməyi öhdəsinə götürüb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM