Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

Süni intellektin inkişafı qlobal mis çatışmazlığına səbəb olacaq

“BHP Billiton” mədənçıxarma şirkətinin proqnozuna görə, süni intellekt texnologiyasının gələcək inkişafı kəskin mis çatışmazlığına səbəb olacaq.

NUHÇIXAN “Financial Times”a istinadla xəbər verir ki, metal xərclərinin, məlumatların emalı mərkəzlərinin sürətlə artması və müvafiq olaraq daha çox enerjitutumlu əməliyyatların aparılması ilə şərtləndirilir. Şirkətdən bildirilib ki, artıq 2050-ci ilə qədər resursa olan qlobal tələbat 3,4 milyon ton artacaq, məlumat mərkəzləri tərəfindən mis istehlakının faizi isə 1 faizdən 7 faizə yüksələcək.

“BHP Billiton”un proqnozuna görə, qlobal mis tələbatı 2050-ci ilə qədər 52,5 milyon tona qədər kəskin artacaq.

Mis həm elektrik kabelləri, elektrik nəqliyyat vasitələri və günəş panellərinin quraşdırılması üçün olduqca mühüm materialdır. Belə yüksək tələbat resurs çatışmazlığının kəskinləşməsini şərtləndirir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM