satellite   Azerspace-1: 11135 H 30000

Kolomina: Yaxın Şərqdə NATO-nun bürosu açılacaq

Kolomina: Yaxın Şərqdə NATO-nun bürosu açılacaq

NATO bir neçə ay ərzində Əmmanda Yaxın Şərq ölkələri ilə kommunikasiya üçün səfirlik modeli əsasında fəaliyyət göstərəcək ofis açmaq niyyətindədir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın Afrika və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “The National” qəzetinə müsahibəsində deyib.

“Bu səfirlik bizə siyasi məlumat toplamaq, insanlarla danışmaq və vəziyyətin necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edəcək. Hətta bəzi cənublu tərəfdaşların istəyi olarsa, başqa ölkələrdə də iştirak etmək mümkün olacaq”, - o bildirib.

Xüsusi nümayəndənin sözlərinə görə, NATO-nun Yaxın Şərqdə baş verənlərə xüsusi diqqət yetirməsi onun Ukraynaya dəstəyinə heç bir şəkildə təsir etməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM