satellite   Azerspace-1: 11135 H 30000

Ankarada Əhməd Cavadın xatirəsi anılacaq

Ankarada Əhməd Cavadın xatirəsi anılacaq

Noyabrın 8-də Ankaradakı Ticarət Palatasının binasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və maarifçi Əhməd Cavadın xatirəsinin anılacağı tədbir keçiriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, Ankaradakı Əhməd Cavad adına İnstitutun rəhbəri Ruhi Ersoy məlumat verib. Onun sözlərinə görə, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Zəfərinə həsr olunacaq tədbirdə Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifinin də xatirəsi anılacaq.

Tədbir çərçivəsində fotosərgi təşkil olunacaq, həmçinin konsert proqramı təqdim ediləcək. Müxtəlif türkdilli ölkələrin tanınmış ifaçılarının Əhməd Cavadın sözlərinə bəstələnmiş məşhur “Çırpınırdı Qara dəniz” mahnısından kupletləri də oxuyacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM