satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna hərbi ehtiyacları üçün əlavə 12 milyard dollar ayıracaq

Ukrayna hərbi ehtiyacları üçün əlavə 12 milyard dollar ayıracaq

Ukrayna Ali Radası ölkənin 2024-cü il dövlət büdcəsinə müdafiə və təhlükəsizlik sektoruna maliyyə təminatı ilə bağlı dəyişiklikləri təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak sosial şəbəkələrdə məlumat yayıb.

“Parlament hərbi ehtiyaclar üçün bu il büdcənin 500 milyard qrivna (12 milyard ABŞ dollarından çox) artırılması haqqında qanununu qəbul edib”, - o bildirib.

2024-cü ildə Ukrayna üçün xərclər rekord 3,73 trilyon qrivna (təxminən 90 milyard dollar) təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM