satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hərbi çevriliş cəhdinin qarşısı alınıb

Ermənistanda hərbi çevriliş cəhdinin qarşısı alınıb

Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşları hakimiyyəti hərbi çevriliş yolu ilə ələ keçirmək cəhdinin qarşısını alıblar.

Naxçıvan televiziyası TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan istintaq komitəsi məlumat yayıb.

Açıqlamaya görə, hərbi çevriliş planı ölkə vətəndaşlarından və keçmiş Qarabağ ermənilərindən ibarət qrup tərəfindən hazırlanıb. İstintaq komitəsi iddia edir ki, qrupun üzvləri Rostov şəhərinə gedərək orada hansısa “Arbat” bazasında təlim keçiblər. “Müəyyən edilib ki, təlimlərin məqsədi Ermənistana qayıtmaq və mövcud hökuməti devirmək olub”, - deyə istintaq komitəsi bildirib.

Qeyd olunub ki, 7 nəfər barəsində cinayət işi başlanıb. Onlardan üçü həbs edilib, dördü isə axtarışa verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM