Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir

Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir

Ermənistan hərbi-texniki tələbatının 30 faizini yerli istehsal hesabına təmin etməyi qarşısına məqsəd qoyub.

NUHÇIXAN Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan II Ümumdünya Erməni Sammitində deyib.

O bildirib ki, 2020-ci illə müqayisədə Ermənistanın hərbi-sənaye kompleksi məhsullarının sifariş həcmi 100 dəfə artıb.

“Əgər əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığımız 96 faizdən çox idisə, indi bu rəqəm 10 faizdən də azdır. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşımız var, Hindistan və Fransa da onların arasında yer alır”, - A.Qriqoryan qeyd edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM