satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstan parlamentinin spikeri ABŞ ilə münasibətlərin yenidən qurulması şərtlərini açıqlayıb

Gürcüstan parlamentinin spikeri ABŞ ilə münasibətlərin yenidən qurulması şərtlərini açıqlayıb

ABŞ ilə münasibətləri bərpa etmək üçün Gürcüstana və gürcü xalqına qarşı irəli sürülən saxta ittihamlara son qoyulmalıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, saxta ittihamların bir hissəsi xüsusən də polis əməkdaşlarına qarşı sanksiyaların tətbiq edilməsidir.

"İstənilən ölkədə polis məmuru dövlətin və onun nümayəndəsinin simasıdır. Ona görə də polis əməkdaşına edilən istənilən hücum dövlətə hücumdur. Bunlara son qoyulmalıdır", - deyə parlament sədri vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM