satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova Ermənistanda çevriliş cəhdi ilə bağlı ittihamı gülərək şərh edib: Ümid edirəm ki, “Comedy Club” buna görə bağlanmayıb

Zaxarova Ermənistanda çevriliş cəhdi ilə bağlı ittihamı gülərək şərh edib: Ümid edirəm ki, “Comedy Club” buna görə bağlanmayıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın Rusiyada xüsusi təlim keçən şəxslərin Ermənistanda hərbi çevriliş cəhdi ilə bağlı bəyanatını yumorla şərh edib.

Naxçıvan televiziyası xəbər verir ki, Zaxarova bunu “NEWS.ru”nun müxbirinin sualını cavablandırarkən deyib.

“Ümid edirəm ki, “Comedy Club” buna görə bağlanmayıb”, - o gülərək bildirib.

Xatırladaq ki, daha əvvəl Ermənistan İstintaq Komitəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının hərbi çevriliş yolu ilə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını aldığını bəyan etmişdi.

İstintaq Komitəsindən qeyd edilib ki, qrup üzvləri Rostova gedərək orada “Arbat” bazasında təlim keçiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM