satellite   Azerspace-1: 11135 H 30000

Çadda daşqınlar nəticəsində 500-dən çox insan ölüb

Çadda daşqınlar nəticəsində 500-dən çox insan ölüb

Çadda daşqınlar səbəbindən 500-dən çox adam ölüb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çadın Humanitar Məsələlərin Əlaqələndirilməsi Bürosu məlumat yayıb.

Qeyd edilir ki, ümumilikdə 503 nəfər həlak olub. Ölüm halları ən çox Sahara səhrasının mərkəzində yerləşən Tibesti bölgəsində qeydə alınıb (83 nəfər). Daşqınlardan 318 mindən çox ailə zərər çəkib.

Məlumata görə, təbii fəlakət ölkənin bütün 23 rayonunu əhatə edib, 212 minə yaxın yaşayış binası dağılıb, təqribən 357 min hektar sahədə kənd təsərrüfatı məhsulları məhv olub.

Qərbi və Mərkəzi Afrikada daşqınlar təxminən 4 milyon insana zərər verib. Ən çox ziyan şəkən ölkələr Nigeriya, Çad, Mali, Qvineya, Niger, Kamerun, Qana və Liberiyadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM