satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Afrika Respublikasında qar hərəkəti iflic edib

Cənubi Afrika Respublikasında qar hərəkəti iflic edib

Cənubi Afrika Respublikası (CAR) üçün spesifik olmayan qarın yağması yollarda ciddi problemlər yaradıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadla xəbər verir ki, böyük həcmdə qar yağdığı üçün minlərlə avtomobil yollarda qalıb. Hökumət vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün vacib magistrallarda hərəkəti qadağan edib.

Bəzi ərazilərdə qar təbəqəsinin qalınlığı 2 metri ötüb. Ehtiyat tədbiri olaraq qonşu Lesoto ilə sərhəd bağlanıb. Sərhədin hər 2 tərəfində çox sayda yük avtomobili və avtobus gözləyir.

Xilasedicilər yolda qalan şəxslərə qida və isti geyim çatdırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM