satellite   Azerspace-1: 11135 H 30000

Kaxa Kaladze: Viza rejiminin ləğvinə dair bəyanatlar Gürcüstana qarşı şantajdır

Kaxa Kaladze: Viza rejiminin ləğvinə dair bəyanatlar Gürcüstana qarşı şantajdır

Ölkəmizdə seçkilər yaxınlaşdıqca Avropa İttifaqının Gürcüstana təzyiqləri artır. Bunlardan biri də Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə vizasız gediş-gəlişi ləğvi məsələsidir. Düşünürəm ki, bu, sadəcə olaraq, Aİ tərəfindən Gürcüstana qarşı adi bir şantajdır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının Baş katibi Kaxa Kaladze söyləyib.

Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca, Qərbin “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atacağıq” kimi bəyanatları daha da aktivləşəcək.

"Viza rejiminin liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir”, - deyə Kaxa Kaladze vurğulayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM