satellite   Azerspace-1: 11135 H 30000

İranda neft zavodunda partlayış və yanğın olub

İranda neft zavodunda partlayış və yanğın olub

İranın Gərmsar rayonunda neft zavodunda partlayış və yanğın olub.

Naxçıvan televiziyası “Tasnim” Agentliyinə istinadən xəbər verir ki, məlumatı İran Qızıl Aypara Cəmiyyətinin Gərmsardakı bölməsi yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat yayılmayıb.

Gərmsar İranın Semnan əyalətində yerləşir. Şəhərdə elmi mərkəz var. İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Gərmsarda anadan olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM