satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə parlamentinin sədri: Rusiya ilə Ukrayna arasında danışıqlar masası qurulmalıdır

Türkiyə parlamentinin sədri: Rusiya ilə Ukrayna arasında danışıqlar masası qurulmalıdır

Rusiya ilə Ukrayna arasında danışıqlar masası qurulmalıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə tərəflər arasındakı müharibənin diplomatik yolla həllinin tərəfdarıdır: “Tərəflər İstanbulda sülhə çox yaxın idi. Amma bəzi güclər istəmədiyinə görə bu, alınmadı”.

N.Kurtulmuşun fikrincə, Rusiyasız danışıqlar masasının qurulması mümkün deyil.

Türkiyə parlamentinin sədri, həmçinin Yaxın Şərqdəki durum barədə də danışıb: “Biz regionda sülhün əldə olunmasında maraqlıyıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM