satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək

Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək

Qırğızıstan 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə öz namizədliyini irəli sürəcək.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov BMT Baş Assambleyasının sessiyasında deyib.

Onun sözlərinə görə, BMT-nin bu əsas orqanına heç vaxt seçilməyən Qırğızıstan 2026-cı ilin iyununda Nyu-Yorkda keçiriləcək seçkilərdə bütün üzv ölkələrin dəstəyinə ümid edir:

“Qırğızıstan seçiləcəyi təqdirdə, balanslaşdırılmış regional təmsilçiliyi nəzərə almaqla şuranın səmərəliliyinin və şəffaflığının artırılmasına, eləcə də tərkibinin genişləndirilməsinə tərəfdar olmaqda davam edəcək. Afrikanın şurada təmsil olunmamasını düzəltməyin və Qırğızıstan da daxil olmaqla 60 üzv dövlətin Təhlükəsizlik Şurasına heç vaxt seçilmədiyi, ayrı-ayrı dövlətlərin isə bir neçə dəfə seçildiyi tarixi ədalətsizliyi aradan qaldırmağın vaxtı çatıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM