satellite   Azerspace-1: 11135 H 30000

Martinikada etiraz nümayişləri davam edir - FOTOLAR

Martinikada etiraz nümayişləri davam edir<font color=red> - FOTOLAR</font> Martinikada etiraz nümayişləri davam edir<font color=red> - FOTOLAR</font>

Martinikada taksi sürücüləri və ticarətçilərdən sonra yük avtomobilləri (TIR) sürücüləri də bahalığa qarşı etiraz nümayişinə qoşulublar. Yerli sakinlər adada yaşamağın həddən artıq çətin olmasından şikayətlənirlər.

Naxçıvan televiziyası xəbər verir ki, yerli sakinlər yük avtomobilləri sürücülərinin tətilinə dəstək verərək, qiymət artımını pisləyiblər. Bildirilir ki, şəhərlərarası strateji marşrutların əksəriyyəti bağlanıb. “İlbiz” adlanan əməliyyat daşımalar sektorunda xərclərin artmasına qarşı xəbərdarlıq məqsədi daşıyır. Yük avtomobilləri sürücüləri vəziyyət dəyişməzsə, tələblərini eşitdirmək üçün etirazlarını davam etdirəcəklərini söyləyiblər.

Qeyd edilir ki, səhiyyə sektoru sentyabrın 26-da yeni tətillər planlaşdırıb.

Martinika İcraiyyə Şurasının sədri postkolonial iqtisadi sistemin sona çatdığını bildirərək, yerli istehsala üstünlük verməyin vacibliyini vurğulayıb. Martinika Həmkarlar İttifaqları sakinləri qeyri-müəyyən müddətə tətil etməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM