satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu “Hizbullah”ın bir neçə yüksək rütbəli liderini öldürüb

İsrail ordusu “Hizbullah”ın bir neçə yüksək rütbəli liderini öldürüb

İsrail ordusunun hücumu nəticəsində “Hizbullah”ın raket qüvvələrinin başçısı İbrahim Məhəmməd Kabisi, onun müavini Abbas İbrahim Şərəf Əd-Din, həmçinin hərəkatın bir neçə yüksək rütbəli lideri öldürülüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

Zərbələr “Şimal oxları” əməliyyatı çərçivəsində endirilib.

Qeyd olunub ki, IDF-in endirdiyi daha bir zərbə nəticəsində təşkilatın zenit-raket kompleksi bölməsinin baş əməliyyatçısı Fuad Şafik Hazal Hanafer də həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM