4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib

4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib

Postmüharibə dövründə 4 167 Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb.

Bu barədə NUHÇIXAN-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib.

O, həmçinin bildirib ki, müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

"Postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçısı olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib", - deyə Tural Qurbanov əlavə edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM