satellite   Azerspace-1: 11135 H 30000

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Nepalın paytaxtı Katmandu və ətraf ərazilərə yağan güclü yağışlar nəticəsində azı ölənlərin sayı 100-ü keçib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Bildirilir ki, yağışlar və onların səbəb olduğu daşqınlarda 112 nəfər ölüb, daha 70 nəfər itkin düşüb.

Nepalın paytaxtı son 24 saat ərzində 1970-ci ildən indiyədək ən yüksək yağıntını qeydə alıb.

Himalay Dövlət Meteorologiya Mərkəzinin məlumatına görə, Katmanduya orta hesabla 240 mm, bəzi bölgələrdə isə 322 mm yağıntı düşüb.

Xilasetmə əməliyyatları davam etdiyi üçün ölənlərin sayı arta bilər.

Yerli mətbuatın yazdığına görə, Nepalda daşqın və sürüşmə riskinin artmasının əsas səbəblərindən biri iqlim dəyişikliyidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM