satellite   Azerspace-1: 11135 H 30000

Latviya Prezidenti velosipeddən yıxılaraq qolunu sındırıb

Latviya Prezidenti velosipeddən yıxılaraq qolunu sındırıb

Latviya Prezidenti Edqars Rinkeviçs velosipeddən yıxılarkən sağ əlinin biləyini, sol əlinin barmağını sındırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Hadisə sentyabrın 28-də Rinkeviçslərin velosiped sürməsi zamanı baş verib. Yıxıldıqdan sonra dövlət başçısı tibbi yardıma müraciət edib, həkimlər onun sınıqlarını müəyyən edib və gips qoyublar.

Latviya Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martinş Dregeris jurnalistlərə bildirib ki, zədə dövlət başçısının işinə təsir etməyəcək, o, hələ də sənədləri yazıb imzalaya bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM