satellite   Azerspace-1: 11135 H 30000

Vadim Filaşkin: Rusiyalılar Uqledarın mərkəzindədir

Vadim Filaşkin: Rusiyalılar Uqledarın mərkəzindədir

Rusiya ordusu demək olar ki, Uqledarın mərkəzindədir. Fəal hərbi əməliyyatlar aparılır.

Naxçıvan televiziyası telemarafonun yayımına istinadla xəbər verir ki, bunu Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib..

“Müharibənin aktiv mərhələsi davam edir, düşmən artıq demək olar ki, şəhərin mərkəzindədir”, - deyə o bildirib.

Filaşkinin sözlərinə görə, şəhərdə 107 nəfər qalır, lakin uşaqlar şəhərdən çıxarılıb. O əlavə edib ki, aktiv hərbi əməliyyatlar səbəbindən bu insanlara humanitar yardım, içməli su və dərman çatdırmaq son dərəcə çətindir.

Filaşkin vurğulayıb ki, Uqledarda humanitar vəziyyət son dərəcə ağırdır və bu, oxşar problemin müşahidə olunduğu yeganə ərazi deyil. Təxminən 1500 nəfərin qaldığı, əksəriyyətinin evlərini tərk etmək istəmədiyi Toretskə yardım çatdırmaq da çətindir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM