satellite   Azerspace-1: 11135 H 30000

İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib

İsrail ilk dəfə Livandakı döyüşlərdə itkilərinin olması barədə məlumat verib

Livanın cənubunda “Hizbullah” hərəkatının silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı səkkiz əsgər həlak olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir.

Vurğulanıb ki, Qəzza zolağında və Fələstin anklavı sərhədləri boyunca əməliyyatın başlanmasından bəri Müdafiə Ordusunun itkiləri 346 nəfərə çatıb.

Beləliklə, Qəzza sektorunda vəziyyətin gərginləşdiyi 2023-cü ilin oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 723 nəfərə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM