satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadiyyatdan təhlükəsizliyə, müdafiədən enerjiyə qədər bütün sahələrdə ortaq hədəflərə doğru əmin addımlar atılır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsində yazıb.

“Oktyabrın 3-də Türk Dövlətlərinin Əməkdaşlıq Gününü və Türk Dövlətləri Təşkilatının əsas sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümünü qürurla qeyd edirik”.

XİN başçısı TDT-nin türk dünyası üçün daha güclü və müstəqil gələcək qurmağa kömək edəcəyinə ümidvar olduğunu bildirib.

“Ümid edirəm ki, uğurlarımız daimi olacaq”, - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM