satellite   Azerspace-1: 11135 H 30000

Rusiya "Taliban"ı yaxın zamanda terror təşkilatları siyahısından çıxarmaq qərarına gəlib

Rusiya "Taliban"ı yaxın zamanda terror təşkilatları siyahısından çıxarmaq qərarına gəlib

"Taliban" hərəkatının Rusiyada terror təşkilatları siyahısından çıxarılması barədə qərar artıq qəbul edilib, lakin belə bir qərarı hüquqi çərçivədə rəsmiləşdirmək lazımdır.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.

"Rusiya rəhbərliyinin prinsipial qərarı qəbul edilib, lakin bu proses hüquqi çərçivədə həyata keçirilməlidir. Bu, hüquqşünasların, parlamentin işidir, prosesin qanunla müəyyən edilmiş qaydada başa çatdırılması lazımdır", - o, jurnalistlərə açıqlamasında bildirib.

Diplomat qərarın yaxın zamanda qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.

Bundan əlavə, Z.Kabulov Əfqanıstan üzrə Moskva formatında məsləhətləşmələri yüksək qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM