satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək

Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 7-8-də Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Naxçıvan televiziyası-ın Qırğızıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev jurnalistlərə açıqlayıb.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov 7-8 oktyabrda MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək”, – o bildirib.

Onun sözlərinə görə, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçiriləcək.

“MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasında Birlik üzvü olan dövlətlər arasında ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul ediləcək”, – Azımbakiyev qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM