satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu: İsrail Livanda sülh naminə fəaliyyət göstərir

Netanyahu: İsrail Livanda sülh naminə fəaliyyət göstərir

İsrail Livanda "Hizbullah"a qarşı "regionda sülh naminə" hərbi əməliyyat keçirir və Fransa XİN başçısı Jan-Noel Barronun "dialoqun davam etdirilməsi üçün" səfərini gözləyir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında deyib.

"Baş nazir vurğulayıb ki, İsrailin Hizbullaha qarşı hərəkətləri Livandakı vəziyyəti bütün regionda sabitlik, təhlükəsizlik və sülh naminə dəyişmək imkanı yaradır. İki lider, İsrailə gəlmək arzusunu ifadə edən Fransa xarici işlər nazirinin səfəri zamanı bu mövzuda dialoqu təşviq etmək barədə razılığa gəldilər", İsrailin hökumət başçısının Ofisinin danışıqların yekununa dair açıqlamasında bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM