satellite   Azerspace-1: 11135 H 30000

Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti “Fox News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ-da qasırğa qurbanları fövqəladə ehtiyaclar üçün cəmi 750 dollar alır.

Tramp həmçinin bəzi ştatlarda, xüsusən də Şimali Karolinada təbii fəlakətlərin nəticələri ilə bağlı səlahiyyətlilərin rəftarından narazılığını ifadə edib:

“Şimali Karolinada kömək edəcək adam yoxdur. Bu dəhşətli vəziyyətdir. Bir adam daşın üstündə oturmuşdu, çünki heç nəyi qalmamışdı”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM