satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Departamenti İtaliyaya 680 milyonluq sistemin satışına icazə verib

Dövlət Departamenti İtaliyaya 680 milyonluq sistemin satışına icazə verib

ABŞ Dövlət Departamenti İtaliyaya 680 milyon dollara elektron mübarizə sistemi və əlaqəli avadanlığın potensial satışına icazə verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

ABŞ Xarici İşlər Nazirliyi “Electronic Attack (EA)-37B” sisteminin və müvafiq avadanlıqların İtaliya hökumətinə mümkün satışını təsdiqləyib. Amerika tərəfi hesab edir ki, bu sistemin İtaliyada olması onun qüvvələrinə düşmən rabitəsini pozmağa imkan verəcək.

Vaşinqton administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var. Pentaqon əmin edib ki, sistemin satışı ABŞ-ın döyüş hazırlığına xələl gətirməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM