satellite   Azerspace-1: 11135 H 30000

Fransaya şiddətli qasırğa yaxınlaşır

Fransaya şiddətli qasırğa yaxınlaşır

Fransanın meteorologiya xidmətləri ölkəyə yaxınlaşan “Kirk” qasırğası səbəbindən təhlükə səviyyəsinin yüksəldiyini açıqlayıb.

Naxçıvan televiziyası BFM telekanalına istinadla xəbər verir ki, Atlantik okeanında formalaşan “Kirk” qasırğası gücünü bir qədər itirsə də, Yuxarı Pireney, Atlantik Pireneyi, Atlantik Luarası, Men-et-Luara, Eson, Val-d'Uaz və Paris departamentlərində “narıncı” təhlükə səviyyəsi elan olunub.

Meteorologiya xidmətləri qasırğanın ilk olaraq Fransanın qərbindəki Pei-de-la-Luar regionuna çatacağı barədə xəbərdarlıq edib. Bəzi yerlərdə 90 millimetrədək yağıntı proqnozlaşdırılır. Yuxarı Pireney və Atlantik Pireneyində sürəti saatda 150 kilometrə çatan küləklər gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM