satellite   Azerspace-1: 11135 H 30000

İsrail İranın zavoduna zərbə endirib

İsrail İranın zavoduna zərbə endirib

İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Homs əyalətinin Hesya sənaye şəhərciyindəki İranın Saba maşınqayırma zavoduna zərbə endirib.

Naxçıvan televiziyası xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə sənaye şəhərinin direktoru Əmir Xəlil məlumat verib.

"İsrail Hesya sənaye şəhərindəki Saba maşınqayırma zavoduna havadan hücum etdi", - Xəlil deyib.

Onun sözlərinə görə, hücumlar davam edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla yüzlərlə insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM