satellite   Azerspace-1: 11135 H 30000

Moldovada prezident seçkiləri və referendum baş tutub

Moldovada prezident seçkiləri və referendum baş tutub

Moldovada keçirilən prezident seçkilərinə və Aİ-yə üzvlüyə dair referenduma seçicilərin iştirakı səsvermənin və plebisitin tanınması üçün lazım olan 33,3 %-i keçib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının saytında real vaxt rejimində məlumatları yeniləyən informasiya sisteminin ilkin məlumatları sübut edir.

Seçkilərdə 11 namizəd, o cümlədən parlamentin tam dəstəyinə sahib olan respublikanın hazırkı rəhbəri Maya Sandu prezidentliyə namizəddir. Onun əsas rəqibi Sandunu Rusiya ilə qarşıdurma siyasətinə görə tənqid edən keçmiş Baş prokuror Aleksandr Stoyanoqlodur. Seçkilərlə eyni vaxtda Aİ-yə inteqrasiyanın ölkənin strateji hədəfi elan edilməsi ilə bağlı referendum keçirilir.

Müşahidəçilər qeyd edirlər ki, plebisit iqtisadi böhran və müxalifətin etirazları fonunda Sandu ikinci müddətə yenidən seçilməsinə kömək etmək məqsədi daşıyır. Seçkilərin qalibi seçicilərin yarısından çoxunu toplayan namizəd olacaq. Əks təqdirdə, noyabrın 3-də ikinci tur keçiriləcək və birinci turun iki lideri iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM