satellite   Azerspace-1: 11135 H 30000

İran Əfqanıstan və Pakistanla sərhəddə divar tikməyə başlayıb

İran Əfqanıstan və Pakistanla sərhəddə divar tikməyə başlayıb

İran Pakistan və Əfqanıstanla həmsərhəd olan 5 əyalətdə divar tikintisinə başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Eghtesaad24" İran sərhəd polisinin komandiri, briqada generalı Əhməd Əli Qudarziyə istinadən məlumat yayıb.

O bildirib ki, divar təhlükəsizlik təhdidlərini azaltmaq, arzuolunmaz miqrasiyanın və qaçaqmalçılığın qarşısını almaq üçün lazımdır.

General vurğulayıb ki, Əfqanıstan və Pakistanla sərhəddə divar tikintisi prioritet məsələdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM