satellite   Azerspace-1: 11135 H 30000

BMT: İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsini dağıdıb

BMT: İsrail tankı Livandakı sülhməramlıların müşahidə qülləsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin buldozeri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin obyektinin ətrafındakı müşahidə qülləsini və perimetr hasarını dağıdıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə UNIFIL komandanlığının “X” sosial şəbəkəsindəki bəyanatında deyilir.

Tələfat barədə məlumat verilmir.

UNIFIL İsrailə və münaqişənin digər tərəflərinə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək məsuliyyətini xatırladıb.

Qeyd edək ki, İsrailin Merkava tankı “mavi dəbilqəlilərin” müşahidə qülləsinə zərbə endirib və orada quraşdırılmış avadanlıqları, xüsusən də videokameraları sıradan çıxarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM