satellite   Azerspace-1: 11135 H 30000

Sandu Moldovada prezident seçkilərində 40 faizdən çox səslə liderdir

Sandu Moldovada prezident seçkilərində 40 faizdən çox səslə liderdir

Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərində 41,53%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 26,52% səs toplayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) protokolların 97,16 %-i işləndikdən sonra açıqlayıb.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Ölkənin ən yüksək vəzifəsinə seçkilərlə paralel keçirilən referendumda ilkin səsvermənin nəticələrinə (protokolların 97,21%-i işlənib) əsasən, vətəndaşların 50,31 %-i Moldovanın Aİ-yə qoşulmasının əleyhinə, 49,69 %-i müvafiq olaraq səsvermənin lehinədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM