satellite   Azerspace-1: 11135 H 30000

İğtişaşlar Yeni Kaledoniyaya 2 milyard avrodan çox zərər vurub

İğtişaşlar Yeni Kaledoniyaya 2 milyard avrodan çox zərər vurub

Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatını noyabrın 4-dək uzadıb. İğtişaşlar bölgəyə 2,2 milyard avrodan çox zərər vurub.

Naxçıvan televiziyası xəbər verir ki, “France-Presse” agentliyinin məlumatına görə, Yeni Kaledoniyada mayın ortalarından bəri davam edən iğtişaşlar nəticəsində iki jandarm da daxil olmaqla 13 nəfər həlak olub, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fransa hakimiyyəti arxipelaq ərazisində mayın 17-dən tətbiq etdiyi komendant saatını noyabrın 4-dək uzadıb. Eyni zamanda, regionda idman yarışları istisna olmaqla, bütün kütləvi tədbirlər məhdudlaşdırıb. Etirazları yatırmaq üçün Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərilib.

Xatırladaq ki, mayın 13-də arxipelaqın inzibati mərkəzi Numea şəhərində seçici siyahılarının genişləndirilməsi ilə bağlı qərara qarşı iğtişaşlar başlayıb. Qərar Yeni Kaledoniyada 10 ildən artıq yaşayan şəxslərə regional seçkilərdə səsvermə hüququ verilməsini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM