satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu Suriyada “Hizbullah”ın komandirlərindən birini məhv edib

İsrail ordusu Suriyada “Hizbullah”ın komandirlərindən birini məhv edib

İsrail hərbçiləri Suriyada Livan təşkilatı “Hizbullah”ın maliyyə məsələlərinə cavabdeh olan komandirlərindən birini məhv ediblər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari brifinqdə bildirib.

Onun sözlərinə görə, məhvetmə “Hizbullah”ın maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib. Onun təqdim etdiyi versiyaya görə, təşkilat maliyyələşməni birbaşa İrandan, həmçinin qruplaşmanın Yəmən, Livan, Suriya və Türkiyədə yaratdığı müəssisələrin gəliri hesabına alır.

İsrail hərbçilərinin məlumatına görə, bu maliyyə şəbəkəsinin idarə edilməsi ilə “Hizbullah”ın tərkibindəki 4 400 saylı bölmə məşğul olur. Oktyabrın əvvəlində Beyruta dəqiq zərbə nəticəsində məhv edilmiş Cəfər Qasir bu bölməyə rəhbərlik edirdi.

“Bu gün Suriyada daha bir dəqiq zərbə nəticəsində biz onun varisini məhv etdik. Biz “Hizbullah”a yenidən qruplaşmağa və silahlanmağa imkan verməyəcəyik”, – Haqari deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM