satellite   Azerspace-1: 11135 H 30000

Aİ Ukraynaya 18 milyard avro kredit vermək niyyətindədir

Aİ Ukraynaya 18 milyard avro kredit vermək niyyətindədir

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən istifadə edərək Ukraynaya beynəlxalq kredit üçün təxminən 18 milyard avro ayırmağı planlaşdırır.

Naxçıvan televiziyası-ın DPA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner Nyu-Yorka səfəri zamanı deyib.

“Bu həftə biz Ukraynaya dəstək istiqamətində irəliləyişin astanasındayıq”, - siyasətçi bildirib.

Eyni zamanda o, ABŞ-nin maliyyə naziri Canet Yellenin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kreditin Amerika hissəsinin 20 milyard dollar təşkil edəcəyi barədə bəyanatını yüksək qiymətləndirib.

"Bu, həm də Avropa İttifaqından 18 milyard avro məbləğində dəstək üçün yol açır", - Lindner vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM