satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda fövqəladə hallarda yeni seçkilərin keçirilməsinə icazə verilə bilər

Ermənistanda fövqəladə hallarda yeni seçkilərin keçirilməsinə icazə verilə bilər

Ermənistan parlamenti Ədliyyə Nazirliyinin Seçki Məcəlləsinə təklif etdiyi və fövqəladə və ya hərbi vəziyyət elan olunduğu halda yeni seçkilərin keçirilməsinə imkan verəcək dəyişiklikləri birinci oxunuşda təsdiq edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

65 deputat dəyişikliklərin “lehinə”, 28 deputat isə “əleyhinə” səs verib.

Düzəlişlərə əsasən, səslərin hesablanması və nəticələrin protokolda qeyd olunması başa çatana qədər fövqəladə və ya hərbi vəziyyət elan edilərsə, seçki prosesi dayandırılacaq və onun bərpası üçün yeni səsvermə təşkil edilməlidir.

Xatırladaq ki, yeni Seçki Məcəlləsi 2021-ci ildə qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM