satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: BRICS ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər

Türkiyə Prezidenti: BRICS ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər

BRICS saysız-hesabsız çağırışları nəzərə alaraq yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniştərkibli iclası zamanı deyib.

Onun sözlərinə görə, BRICS platforması dünyanın təhlükəsizlik təhdidləri və iqlim dəyişikliyi kimi görünməmiş çoxsaylı çağırışlarla üzləşdiyi müasir geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra formalaşan müasir sistem əhəmiyyətli dəyişikliklər tələb edir: “Mövcud problemlərin birgə həlli yollarını axtarmaq lazımdır. BRICS yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM