satellite   Azerspace-1: 11135 H 30000

Media: HƏMAS hərəkatı səhra komandirlərinin 30 faizini itirib

Media: HƏMAS hərəkatı səhra komandirlərinin 30 faizini itirib

2023-cü ilin oktyabrından bəri İsrailin hərbi əməliyyatları nəticəsində HƏMAS hərəkatının hərbi qanadı səhra komandirlərinin azı 30 faizini, həmçinin Qəzza zolağında yeraltı tunellərin 40 faizə qədərini itirib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin həmsöhbətlərinin fikrincə, HƏMAS döyüşçüləri arasında da itkilər çoxdur. Hərəkat bir müddətdir ki, “silah və sursat ehtiyatlarını əhəmiyyətli dərəcədə artıra” bilməyib.

Qeyd olunur ki, yaranmış vəziyyət HƏMAS-ı yaxın gələcəkdə diqqəti İordan çayının qərb sahilində İsrail hərbçilərinə qarşı kamikadze hücumlarının sayının artırılması üzərində cəmləməyə məcbur edə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM