satellite   Azerspace-1: 11135 H 30000

Güclü qar Gürcüstanın magistral avtomobil yollarında ciddi problemlər yaradıb

Güclü qar Gürcüstanın magistral avtomobil yollarında ciddi problemlər yaradıb

Yağan güclü qar Gürcüstanın bir sıra magistral avtomobil yollarında ciddi problemlər yaradıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli “Yuxarı Lars” avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin, həmçinin Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun Andesite-Qado hissəsində isə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Qarla əlaqədar olaraq avtomobil yolunun Zuqdidi-Cvari-Mestia-Lasdil, Uşquli-Lasdil və Mestia-Uşquli hissələrində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Eyni zamanda, qar nəticəsində Kutaisi-Tkibuli-Ambrolauri avtomobil yolunun bəzi hissələrində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM