Ermənistanda yeni ədliyyə naziri təyin edilib

Ermənistanda yeni ədliyyə naziri təyin edilib

Ermənistan prezidenti Vaaqn Xaçaturyan baş prokurorun sabiq müavini Srbui Qalyanın yeni ədliyyə naziri təyin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə prezident aparatının mətbuat xidməti məlumat yayıb. Təyinat baş nazirin təklifi əsasında həyata keçirilib. Sabiq ədliyyə naziri Qriqor Minasyan istefa ərizəsini oktyabrın 1-də təqdim etmişdi. Hakim “Vətəndaş müqaviləsi” partiyası bir aydan çox çəkən axtarışlardan sonra xanım Qalyanın namizədliyi üzərində dayanıb.

Ermənistan mediasında yayılan məlumata görə, Minasyanın istefası üçün imza toplanması kampaniyası baş nazir Nikol Paşinyanın partiyasının parlamentdəki fraksiyasının bir neçə deputatı tərəfindən təşkil olunub. Onlar konkret səbəb göstərməyiblər. Lakin ekspertlərin fikrincə, bu demarş Qriqor Minasyanın respublikanın eks-prezidenti, müxalifət liderlərindən biri Serj Sarkisyanın ailəsi ilə qohumluq əlaqələri ilə bağlıdır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM